“Qarabağ”ın yarımmüdafiəçisi Jali Muaddib Kiyev “Dinamo”su üzərində qələbədən danışıb.
O, Konfrans Liqasında dünən əldə edilən 2:0 hesabını şərh edib: “Ümumiyyətlə, oyunla bağlı düşüncələrim və keçirdiyim hisslər çox xoşdur. Biz göstərdik ki, həqiqətən də güclü komandayıq. Təkcə ayaqla yox, eyni zamanda başla da oynamağı bacarırıq. Bu gözəl atmosferdə, belə gözəl stadionda oynamaq çox xoş və zövqvericidir. Yalnız xoş sözlər deyə bilərəm”.
Matçda hesabı açan legioner yeni klubuna uyğunlaşdığını deyir: “Adaptasiya prosesim çox yaxşı gedir. Sanki uzun illərdirdir bu komandadayam. Komandanın oyun tərzi, komanda yoldaşlarım və ümumiyyətlə hər şey ürəyimcədir. Qarşıdakı rəqibimiz “Tvente” çox güclü və yaxşı komandadır. Bu mərhələyə qədər gələn istənilən komanda güclüdür”.
