“Dinamo”nun qapıçısı Vyaçeslav Surkis UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”a məğlub olaraq mübarizəni dayandırmalarına münasibət bildirib.

Futbolinfo.az xəbər verir ki, 20 yaşlı qolkiper “Qarabağ”a qarşı lazımi səviyyədə mübarizə apara bilmədiklərini və azarkeşləri məyus etdiklərini etiraf edib.

“Uzun yola, bütün detallara və çətinliklərə baxmayaraq, avrokuboklarda oynamaq, belə bir vaxtda ölkəni təmsil etmək istəyərdik. Təəssüf ki, azarkeşlərimizi məyus etdik. Çünki “Qarabağ”ı keçə bilmədik və lazımi mübarizəni apara bilmədik. Daha sonra “Tvente” ilə oynayacaqdıq, orada da mübarizə aparardıq, sonra necə olacağını görərdik. Amma söz verirəm ki, daha güclü qayıdacağıq”, – deyə Surkis bildirib.

Qeyd edək ki, səfərdə 0:1 hesabı ilə məğlub olan “Qarabağ” evdə qələbə qazanaraq (2:0), pley-offa yüksəlib.

Shares: