Solomon adalarının çempionatında çıxış edən “Real Kakəmora” klubu sosial şəbəkələrdəki yumoristik paylaşımları ilə tanınır.

Klub hazırda azad agent statusunda olan, “Lester Siti”də məşhurlaşan İngiltərə millisinin sabiq hücumçusu Ceymi Vardinin transferini zarafatla elan edib. Paylaşımda qeyd olunub ki, mövsümün sonunda “Kremoneze”dən ayrılan futbolçu “Real Kakəmora”ya sensasiyalı keçid edəcək və nəticədə onun transferi Solomon adaları çempionatında oynamaq qadağasının aradan qaldırılmasına şərait yaradacaq.

Xatırladaq ki, “Real Kakəmora” daha əvvəl liqanın bir sıra meyarlarına cavab vermədiyi üçün yeni mövsümdə iştirak üçün lisenziya ala bilməyib. Klubun Vardi ilə bağlı paylaşımının yalnız yumor məqsədi daşıdığı qeyd olunur.

Shares: