“Qəbələ” məktəbinin yetirməsi olan mərkəz müdafiəçisi Samir Ağayev, “Qəbələ” futbol klubunun əsas komandası ilə müqavilə imzalayıb.
Futbolinfo.az xəbər verir ki, buna qədər “Qəbələ”nin aşağı yaş qruplarında, “Quba” FK, “Zirə” FK-nın əvəzedicilər komandasında oynamış 21 yaşlı stopper, karyerasını “Qəbələ”də davam etdirəcək.
