Londonda “Çarlton Atletik”in ev oyunlarını keçirdiyi “Velli” stadionunda kişi meyiti aşkarlanıb. Klub hadisə ilə bağlı məlumatı rəsmi saytında yayıb.

Cəsəd avqustun 18-i, çərşənbə axşamı səhər saatlarında aşkarlanıb. Polisin məlumatına görə, hüquq-mühafizə orqanları təxminən yaşı 30-dan artıq olan mərhumun hündürlükdən yıxılmış ola biləcəyini araşdırır. Ölüm şübhəli hesab edilmir, lakin araşdırma davam edir. “Çarlton Atletik” istintaqa tam şəkildə yardım etdiyini bildirib.

Hadisə klubun mövsümdə “Velli” stadionunda keçirdiyi ilk Çempionşip matçından cəmi üç gün sonra baş verib. Avqustun 15-də “Çarlton” doğma meydanda “Derbi Kaunti”ni 2:1 hesabı ilə məğlub edib.

Shares: