Kiyev “Dinamo”sunun hücumçusu Matvey Ponomarenko avrokuboklardakı uğursuz çıxışlarından danışıb.
Futbolinfo.az xəbər verir ki, forvard UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”a məğlubiyyətdən sonra səslənən tənqidlərə münasibət bildirib.
O, tənqidlərə əhəmiyyət vermədiklərini deyib. Ponomarenko hədəflərinin Ukrayna çempionluğu olduğunu vurğulayıb: “İnsanların nə dediklərinə fikir vermirik, meydana çıxıb oynayırıq, vəssalam. Hamını dinləməliyik? Heç kimi dinləmirik. Uduzduq, pis oldu. Yolumuza davam edirik. Çempion olacağıq”.
Qeyd edək ki, “Dinamo” “Qarabağ”a evdə 1:0 hesabı ilə qalib gəlsə də, Bakıdakı cavab görüşündə 0:2 hesabı ilə məğlub olub.
