Rusiyalı yarımmüdafiəçi Aleksey Batrakovun Moskva “Lokomotiv”indən “Qalatasaray”a transferi tamamlanıb. 21 yaşlı futbolçunun keçidi 25 milyon avroya başa gəlib.

Batrakov bu göstərici ilə tarixdə ən yüksək məbləğə transfer olunan ikinci rusiyalı futbolçu olub. Siyahıya 2018-ci ildə ÇSKA-dan “Monako”ya 30 milyon avroya keçən Aleksandr Qolovin başçılıq edir. Üçüncü pillədə isə 2009-cu ildə ÇSKA-dan “Çelsi”yə 21 milyon avroya transfer olunan Yuri Jirkov qərarlaşıb.

“Qalatasaray” Batrakovun transferini avqustun 20-də rəsmən açıqlayıb. Yarımmüdafiəçi ilə 2031-ci ilə qədər müqavilə imzalanıb. Onun Türkiyə klubunda illik maaşı 3,25 milyon avro təşkil edəcək.

Shares: