Kabo-Verde milli komandasına yeni baş məşqçi təyin olunub. Yığmanı bundan sonra Humberto Bettenkur çalışdıracaq.

Onunla bağlanan müqavilənin detalları hələlik açıqlanmayıb. Bettenkur 2020-ci ilin yanvarından komandanın sabiq baş məşqçisi Bubiştanın köməkçisi vəzifəsində çalışıb.

Bubiştanın rəhbərliyi altında komanda DÇ-2026-nın 1/16 finalına qədər yüksəlmişdi. Bu mərhələdə isə Argentinaya məğlub olmuşdular.

Shares: