“Sumqayıt”ın sabiq futbolçusu Nsana Simonun yeni klubu müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi karyerasını Sloveniyada davam etdirəcək.

O, “Koper”ə keçib. Bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Nsana ilə 1 illik müqavilə imzalanıb.

Nsana ötən ilin noyabr ayından bu yayadək “Sumqayıt”da oynayıb.

Shares: