Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Tvente” (Niderland) cavab qarşılaşması üçün Bakıya 150-dək azarkeş gətirəcək.

Futbolinfo.az xəbər verir ki, bu barədə “Report”a açıqlamasında Ağdam təmsilçisinin Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev deyib.

“Tvente” Bakıya sabah gələcək. Niderlanddan 150-dək azarkeşin gələcəyi də gözlənilir”, – klub rəsmisi bildirib.

Bu komandalar arasında Niderlandda baş tutan ilk görüşdə “Qarabağ” 1:0 hesablı qələbə qazanıb. Cavab matçı avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

Shares: