Braziliyalı vinger Savinyo “Mançester Siti”dən “Tottenhem”ə keçib.

Futbolinfo.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.

22 yaşlı hücumçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Daha əvvəl mətbuatda transfer məbləğinin təxminən 99 milyon avro olacağı bildirilmişdi. Müqavilənin bütün zəruri prosedurlar başa çatdıqdan sonra rəsmiləşdiriləcəyi qeyd olunmuşdu.

Savinyo “Mançester Siti”nin heyətində 84 matç keçirib və 7 qol vurub. O, klubla Liqa Kubokunu və İngiltərə Kubokunu qazanıb.

Futbolçu müxtəlif yaş kateqoriyaları üzrə Braziliyanın gənclərdən ibarət yığmalarında çıxış edib. 2024-cü ilin martında ilk dəfə əsas milliyə dəvət alan Savinyo həmin ay İngiltərə ilə matçda debüt edib.

Shares: