“Sabah”ın futbolçusu Tellur Mütəllimov Çempionlar Liqasında “Hapoel”ə (Beer-Şeva) qalib gəldikləri oyundan (5:2) sonra fikirlərini bölüşüb.
90+4-də vurduğu qolla oyunu əlavə vaxta aparan sağ cinah müdafiəçisi qısa müddətdə qazanılan uğurdan danışıb: “Hisslər çox gözəldir. Son dəqiqə qolu həmişə möhtəşəm olur. Oyunun əvvəlki hissələrində də uşaqlar çox çalışdılar. Fanatlara da təşəkkür edirəm, onların dəstəyi bizi daha ruhlandırdı. Çox sevincliyik, tarix yazırıq. Kuboklar, çempionluqlar, indi də Çempionlar Liqasına düşmək… 2017-ci ildə yaranmış komandayıq. Qısa müddətdə bunları qazanmaq möhtəşəmdir”.
Tellur püşkdə düşəcək rəqiblərdən də danışıb: “Çelsi”, “Real” – kim gəlir gəlsin, maksimum yaxşı nəticə üçün çalışacağıq. Fanatlara da səslənirəm, gəlib dəstək olsunlar, onlara ehtiyacımız var”.
