Serena Uilyams və Karlos Alkarasdan ibarət duet “US Open-2026”-nın qarışıq cütlüklər turnirində yarımfinala yüksələ bilməyib.

Amerikalı ilə ispaniyalı tennisçilər 1/4 finalda Belinda Bençiç və Flavio Kobollidən ibarət duetə 4:5 və 1:4 hesabı ilə məğlub olublar.

Görüş 56 dəqiqə davam edib. Uilyams/Alkaras dueti qarşılaşmada bir eyslə yadda qalıb, qoşa səhvə yol verməyib və heç bir breyk-poynt qazana bilməyib.

Beləliklə, Serena Uilyams və Karlos Alkarasın duetinin “US Open” macərası 1/4 finalda başa çatıb.

Shares: