“Netflix” platforması“Drive to Survive” sənədli serialının 9-cu mövsümünün yayımlanacağını təsdiqləyib.
Yeni mövsümdə 2026-cı il Formula 1 dünya çempionatında baş verən hadisələrdən bəhs olunacaq.
Serial ilk dəfə 2019-cu ildə yayımlanıb və çempionatın pərdəarxası görüntüləri, həmçinin komandalar və pilotların daxili həyatını nümayiş etdirməsi ilə böyük populyarlıq qazanıb.
9-cu mövsümdə əsas diqqətlərdən biri “Mercedes” pilotu Andrea Kimi Antonellinin mübarizəsinə yönələcək, çünki italiyalı Formula 1 tarixinin ən gənc çempionat lideri olub. Bundan başqa, Maks Ferstappenin gələcəyi, “Red Bull”la 2030-cu ilin sonuna qədər uzatdığı müqavilə, aparıcı komandaların bolidlərindəki dəyişikliklər və qüvvələr nisbətinin mövsüm ərzində necə dəyişməsi də serialda əks olunacaq.
