“Barselona”nın vingeri Lamin Yamal 19 yaş 49 günlüyündə İspaniya peşəkar futbolu tarixində rəsmi klub yarışlarında 50 və daha çox qol vuran ən gənc futbolçu olub. Bu, La Liqanın 3-cü turunda “Barselona”nın “Rayo Valekano”nu 5:2 hesabı ilə məğlub etdiyi matçda baş verib. Yamal görüşdə dubl edib.

Yamal bu göstəricidə Raul Qonsalesin rekordunu yeniləyib. Raul “Real”da 19 yaş 249 günlüyündə, Fernando Torres isə “Atletiko”nun heyətində 20 yaş 221 günlüyündə 50-ci qolunu vurmuşdu.

Yamal cari mövsümdə klubunun heyətində üç oyunda meydana çıxıb və iki qol vurub.

Shares: