Digər idman növləri

Türkiyəli mütəxəssis yığma komandamızla vidalaşdı

239881 9ldyngubb5 - Futbolinfo.az

Basketbol üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Evren Alkaya ilə yollar ayrılıb. Bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.

Türkiyəli mütəxəssislə əməkdaşlığın qarşılıqlı razılıq əsasında başa çatdığı bildirilib.

2022-ci ildən Azərbaycan Basketbol Federasiyasında fəaliyyət göstərən Evren Alkaya bu müddətdə qadınlardan ibarət əsas milli komandamıza, həmçinin U16, U18 və U20 qız yığmalarımıza rəhbərlik edib. O, baş məşqçi kimi 70-dən çox rəsmi FIBA qarşılaşmasında komandalarımıza rəhbərlik edib.

Onun rəhbərliyi altında U16 qızlardan ibarət milli komandamız 2023 və 2024-cü illərdə Avropa çempionatının C divizionunda ardıcıl iki dəfə çempion olub, U18 millimiz isə 2024-cü ildə C divizionunda gümüş medal qazanıb.

Shares: