Dünya futbolu

Yayda transferlərə 9,89 milyard dollar xərclənib

fifa - Futbolinfo.az

FIFA yay transfer pəncərəsi zamanı klubların beynəlxalq transferlərə rekord məbləğ xərclədiyini açıqlayıb.

Beynəlxalq Futbol Federasiyası bildirib ki, iyunun 1-dən sentyabrın 2-dək ölkələrarası 12575 transfer qeydə alınıb. Klublar yeni futbolçuların transferinə ümumilikdə 9,89 milyard dollar xərcləyib.

2026-cı il dünya çempionatında iştirak edən 260-dan çox futbolçu klubunu dəyişib. Klublar həmin oyunçuların transferlərinə 3,3 milyard dollardan çox vəsait xərcləyib.

Qadın futbolunda da yeni transfer rekordları müəyyənləşib. Xərclər 2025-ci illə müqayisədə iki dəfədən çox artaraq 28,6 milyon dollara çatıb, transferlərin sayı isə 1400-ü ötüb.

Shares: