Digər idman növləri

Marixuana qoxusu Sabalenkanın diqqətini yayındırırmış

aryna sabalenka - Futbolinfo.az

Dünyanın bir nömrəli qadın tennisçisi Arina Sabalenka “US Open-2026”nın üçüncü turunda Kamilla Rəhimova ilə qarşılaşma zamanı tribunadan gələn güclü marixuana qoxusundan şikayətlənib. Belaruslu tennisçi qoxunun diqqətini yayındırdığını bildirib.

Sabalenka oyun zamanı hakimə müraciət edərək qoxunun çox güclü olduğunu deyib: “Şokda idim! Dostlar, istədiyinizi edin, nə istəyirsinizsə, onu çəkin. Tam rahatlayın. Amma xahiş edirəm, bunu kortların yaxınlığında etməyin. Əlimdən gələni etməyə çalışarkən bu qoxunun öhdəsindən gəlmək asan deyil. Mən diqqətimi cəmləməyə çalışıram və təbii ki, bu, fikrimi yayındırır”.

Buna baxmayaraq, o, Rəhimovanı 6:3, 6:4 hesabı ilə məğlub edərək dördüncü mərhələyə yüksəlib.

Qeyd edək ki, ABŞ-da marixuananın istifadəsi müəyyən şərtlərlə qanuni olsa da, “US Open” ərazisində siqaret çəkmək qadağandır. ABŞ Tennis Assosiasiyası hadisə ilə bağlı araşdırma aparıb və qoxunun yaxınlıqdakı Fluşinq Medous-Korona parkından gəlmiş ola biləcəyini bildirib.

Shares: