Digər idman növləri

Ferstappen üçün yeni komanda yoldaşı

9db302c0 ab9f 46a5 a5f9 f4309f1f3f15 - Futbolinfo.az
Səs süni intellektlə yaradılıb.

“Red Bull” komandasının pilotu İsak Hacar zədə səbəbindən İspaniya Qran-prisində iştirak etməyəcək. Onu “Reysinq Bullz”dan Liam Louson əvəzləyəcək.

Yeni zelandiyalı sürücü ardıcıl üçüncü yarışda Maks Ferstappenin komanda yoldaşı olacaq. Hacarın biləyindəki zədədən sonra bərpa prosesi müsbət getsə də, onun yenidən sükan arxasına keçməsi üçün hələ hazır olmadığı bildirilib. Amma fransalı pilot yarışın keçiriləcəyi Madriddə olacaq və komandanı dəstəkləyəcək.

Qeyd edək ki, İspaniya Qran-prisi bu həftəsonu Madrinq trasında keçiriləcək və bu, Formula 1-in Madrid şəhərindəki ilk yarışı olacaq.

Shares: