Digər idman növləri

İlk yarımfnalçılar bəlli oldu

2f97ce4b 8104 4ac0 9fd9 e972d2ff861e - Futbolinfo.az
Səs süni intellektlə yaradılıb.

“US Open” turnirində kişilərin yarışında ilk yarımfinalçı müəyyənləşib.

1/4 finalda iki amerikalı tennisçi – Frensis Tiafo ilə Aleks Mikelsen arasındakı oyun 4 saat 41 dəqiqə davam edib.  İlk setdə 7:5 hesabı ilə qalib gələn Aleks fasilədən sonra rəqibinə cəmi 3 geym qazanmağa imkan verib. Amma reytinqdə 46-cı sırada qərarlaşan bu tennisçi sıralamada 12-ci yeri tutan Frensislə görüşdə sensasiyaya nail ola bilməyib. 3-cü bölümdən başlayaraq Tiafo təşəbbüsü ələ alıb. O, əvvəlcə 7:5 hesabı ilə fərqi minimuma endirib. Daha sonra 6:3 hesabı ilə qalib gələn Frensis tarazlığı bərpa edib. Həlledici hissədə qalib tay-brekdə müəyyənləşib. Bu dəfə də səhvsiz oynayan Tiafo karyerasında 3-cü dəfə “US Open”in yarımfinalına yüksəlib. Görüş ərzində 10 eys edən Frensis 8 breyklə də diqqət mərkəzinə düşüb. Mikelsen isə 21 eyslə yanaşı 23 breyk cəhdi ilə yadda qalıb. Amma Tiafo qədər – 8 dəfə servis qırmaq onun işinə yaramayıb.

Qadınların yarışında reytinqdə ilk pillənin sahibi Arina Sabalaneka “Uimbldon” turnirinin son qalibi Linda Noskovanı yarımfinaldan kənarda qoyub. Hərçənd 2 saat 22 dəqiqə davam edən görüşdə belaruslu tennisçi xeyli əziyyət çəkib. İlk setdə tay-brekdə uğur qazanan Arina fasilədən sonra çexiyalı tennisçinin təzyiqi qarşısında aciz qalıb – 3:6. Sonuncu hissədə də tay-brekə müraicət olunub. Bu dəfə Sabakenka səhvə yol verməyib.

Maraqlıdır ki,  Arina son 4 ildə “US Open” turnirində 1 dəfə də olsun tay-brekdə məğlub olmayıb. Ümumiyyətlə, belaruslu tennisçi bu turnirdə son 18 oyunda qələbə qazanıb.

Yarımfinalda Arinanın rəqibi amerikalı Cessika Pequla olacaq. O, 1/4 finalda həmyerlisi Emma Navarronu 3 setdə məğlub edib. Maraqlıdır ki, bu görüş də 2 saat 22 dəqiqə davam edib. İlk hissədə 3:6 hesabı ilə uduzan Pequla sonradan vəziyyəti xeyrinə dəyişib – 6:4, 6:3.

Shares: