UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda bu gün “Sabah”ı qəbul edəcək “Mançester Yunayted”in təxmini “11-liy”i müəyyənləşib.
Futbolinfo.az Britaniya mətbuatına istinadən xəbər verir ki, baş məşqçi Maykl Karrik heyətdə bir sıra dəyişikliklər etməyi planlaşdırır.
“Qırmızı şeytanlar” “Old Trafford”dakı matça 4-5-1 sxemi ilə çıxacaq. Komandanın təxmin edilən start heyəti aşağıdakı kimidir:
Qapıçı: Senne Lammens – Belçikalı qolkiper Çempionlar Liqasında ümumilikdə ikinci oyununa çıxmağa hazırlaşır. O, 2023-24 mövsümündə “Antverpen”in heyətində bu turnirdə bir matçda meydana çıxıb.
Sağ cinah müdafiəçisi: Dioqo Dalo – Peşəkar karyerasını “Portu”, “Milan” və “Mançester Yunayted” kimi nəhənglərdə keçirməsinə baxmayaraq, Çempionlar Liqasında o qədər də böyük təcrübəyə malik deyil. Müdafiəçi bu turnirdə cəmi 14 oyunda iştirak edib.
Mərkəz müdafiəçisi: Harri Maquayr – Maquayr “Mançester Yunayted”in əvvəlki Çempionlar Liqası macərasında iştirak edən futbolçulardan biridir. Həmin vaxt uğursuzluqla nəticələnib və “qırmızı şeytanlar” qrupda sonuncu yeri tutub.
Mərkəz müdafiəçisi: Ayden Hiven – Lisandro Martines yeni mövsümün əvvəlində zədə ilə bağlı narahatlıq yaradıb. Qarşıda Mançester derbisi olduğu üçün “Yunayted”in baş məşqçisi risk etmək istəməyə bilər.
Sol cinah müdafiəçisi: Patrik Dorqu – Danimarkalı futbolçu Karrikin komandaya gəlişindən sonra əsasən daha irəli mövqedə istifadə olunur. Lakin Lük Şounun istirahətə ehtiyacı olduğundan, Dorqunun bu gün müdafiəyə qayıtması ehtimal edilir.

Mərkəz yarımmüdafiəçisi: Meyson Maunt – İngiltərəli futbolçu ötən həftəsonu yenidən ehtiyat oyunçular skamyasında yer alıb. Karrikin yarımmüdafiədə rotasiyaya getməsi fonunda onun bu oyunda təxminən bir saat meydanda qalması gözlənilir.
Mərkəz yarımmüdafiəçisi: Andre Santos – bu, “mankunianlar” üçün yeni görünüşlü yarımmüdafiə tandemi olacaq. Santos mövsümün ilk turundan sonra ilk dəfə start heyətində meydana çıxacaq.
Sağ vinger: Brayan Mbeumo – O, son görüşdə möhtəşəm qol vursa da, “Mançester Yunayted” hazırda Mbeumonun sağ cinahdakı çıxışından kifayət qədər faydalanmır. “Brentford”un sabiq futbolçusu kluba qoşulduqdan sonra mərkəzdə özünü daha rahat hiss etdiyini dəfələrlə göstərib.
Pleymeyker: Bruno Fernandeş – Fernandeş mövsümün əvvəlində “İpsviç”ə qarşı het-trik etdikdən sonra keçirilən iki qarşılaşmada o qədər də yaxşı təsir bağışlamayıb. Bununla belə, onun Çempionlar Liqasında yaxşı statistikası var – 19 oyunda 15 qol.
Sol vinger: Markus Reşford – Reşfordda “Everton”la oyundan sonra zədə ilə bağlı narahatlıq yaranıb. Lakin yenidən yüksəliş yaşayan ingiltərəli futbolçu matçdan əvvəl normal məşq edib və uğurlu çıxışından sonra sol cinahdakı yerini qorumağa hazır görünür.
Hücumçu: Benjamin Şeşko – Baldır sümüyündən aldığı zədədən sonra Şeşko tədricən əsas heyətə qaytarılır. O, ötən həftəsonu ehtiyatdan meydana daxil olaraq “Mançester Yunayted” forması ilə ilk qolunu vurub. İndi isə start heyətində meydana çıxmağa tam hazır olduğu düşünülür.
Qeyd edək ki, bu gün “Old Trafford”da keçiriləcək “Mançester Yunayted” – “Sabah” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
