Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü klublarının reytinq cədvəlini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, 2013-cü ilin bütün  nəticələrini özündə əks etdirən siyahıda planetin 200 ən güclü komandası yer alıb.
 
Azərbaycanı bu siyahıda 1 klub təmsil edir. Yayda Avropa Liqasında 3 mərhələ keçən “Qarabağ” hazırda dünyanın 111-ci komandasıdı. Hesabında 119,50 xal olan Qurban Qurbanovun yetirmələri bu göstərici ilə “River Pleyt” (Argentina), “Olimpik" (Marsel, Fransa), MOİK (Rusiya), “Udineze” (İtaliya), “Anderlext” (Belçika), “Malaqa” (İspaniya), “Flamenqo”, “Botofoqo” (hər ikisi Braziliya), “Nyukasl”, “Everton”, “Liverpul”, (hamısı İngiltərə), “Volfsburq”, “Ştutqart” (hər ikisi Almaniya) kimi klubları arxada qoyub.
 
Siyahının ilk pilləsində Almaniyanın “Bavariya” klubu qərarlaşıb (370 xal). İspaniya “Real”ı 290 xalla 2-ci, İngiltərənin “Çelsi” klubu 273 xalla 3-cüdü.
Shares: