“Qalatasaray”ın daha əvvəlcədən prinsipdə razılaşdığı Aleks Tellesin transferini hələ də rəsmiləşdirə bilmir. Futbolinfo.az xəbər verir ki, Braziliyanın “Qremio” kolubundan alınan oyunçunun keçidində bəzi problemlər yaranıb. Transferin önündəki maneə “Qremio”nun futbolçu üçün ödənilməli olan pulu nağd şəkildə istəməsidi.
Qeyd edək ki, daha əvvəl “sarı-qırmızılar” məbləği 1 il, sonra isə 6 aya ödəmək üçün razılıq əldə etmişdi. Amma indi Braziliya təmsilçisi 6 milyon avronu nağd istəyir.
“Qremio”nun idman direktoru Rui Kosta Braziliya mətbuatına açıqlamasında transferin hələlik dondurulduğunu ifadə edib: "Qalatasaray”dan gələcək cavabı gözləyirik. Şərtimizi qəbul etsələr, Alekslə müqavilə imzalayacaqlar. Telles üçün bir çox təklif almışıq. "Qremio”nun mənfəətlərini düşünmək məcburiyyətindəyik. Ümid edirəm qısa müddətdə problem həll edilər. Əks təqdirdə təklifləri qiymətləndirməli olacağıq”.a





