Portuqaliyanın "Portu" klubunun baş məşqçisi Paolo Fonseka rusiyalı yarımmüdafiəçi Marat İzmaylovun "Qəbələ"yə keçidinə münasibət bildirib. Futbolinfo.az xəbər verir ki, o, bunları söyləyib:
"Mən şadam ki, Marat özünə yeni iş yeri tapa bildi. Bilirəm ki, o, orada icarə əsasında çıxış edəcək. Bununla da onun "Portu" tarixi başa çatdı. Ümid edirəm ki, İzmaylov Azərbaycanda xoşbəxtdi".
Qeyd edək ki, İzmaylov son dörd ayda "Portu"nun məşqlərində iştirak etməyib. O, bunu ailə problemləriylə izah edib. Portuqaliya klubu ilə 2015-ci ilədək müqaviləsi olan futbolçu "Qəbələ"də icarə əsasında çıxış edəcək.