Türkiyə Futbol Federasiyası "Fənərbaxça"ya verilən cəzanı ləğv edib. Futbolinfo.az xəbər verir ki, söhbət azarkeşsiz oynama cəzasından gedir.
 
Türkiyə Super Liqasında "Konyaspor"la matçda azarkeşlərin səsləndirdiyi şüarlara görə cəza alan “Fənər” qarşıdakı ev oyununa azarkeşlərdən məhrum çıxmalı idi. Amma Apellyasiya və Ekspert Komitəsi appelyasiya şikayətindən sonra qərara yenidən baxıb və “sarı-lacivərdlər”in lehinə addım atıb.
Shares: