Peru millisinin erməni baş məşqçisi Serxio Markaryan istefaya göndərilib. Futbolinfo.az xəbər verir ki, Peru Futbol Federasiyasından yayımlanan açıqlamada buna səbəb kimi komandanın DÇ-2014-ün seçmə mərhələsində uğursuz çıxış etməsi göstərilib.
Qeyd edək ki, Peru seçmə mərhələ çərçivəsində keçirdiyi 16 matçdan sonra mübarizəni 15 xalla 7-ci pillədə başa vurub.





