Türkiyə Super Liqasında cari mövsüm çıxış edən əcnəbilərlə bağlı statistika hazırlanıb. Futbolinfo.az xəbər verir ki, nəticəyə əsasən məlum olub ki, qardaş ölkənin çempionatında ən çox legioner “üç böyüklər” adlandırılan “Beşiktaş”, “Qalatasaray” və “Fənərbaxça”dadı.
 
Super Liqda ümumilikdə 43 ölkədən 159 əcnəbi forma geyir. “Akhisar” altı nəfərlə ən az legionerə sahib olan komandadı. Ən çox kateqoriyasında isə liderliyi 10 oyunçu ilə 7 komanda bölüşdürür. Türkiyə çempionatında forma geyən əcnəbilər arasında 14 oyunçu ilə braziliyalılar birinci pillədə dayanır.
 
Qeyd edək ki, Azərbaycan Super Liqada iki oyunçu ilə təmsil olunur: Cihan Özkara (Sivasspor) və Ufuk Budak (Əskişəhərspor).
 
Superliqada qitə təmsilçilərinin sayı:
 
Avropa            76
Afrika              49
Amerika         33
Asiya               1
Shares: