Yayda "Barselona"nın başına gətirilən baş məşqçi Xerardo Martino Kataloniya klubunda 100-cü gününü geridə qoyub. Futbolinfo.az xəbər verir ki, Tito Vilanovanın xəstəliyindən sonra komandanın başına keçən argentinalı bu müddət ərzində uğurlu çıxışı ilə seçilir.
Mövsümün əvvəlində İspaniya superkubokunu qazanan Martino indiyə kimi keçirdiyi 17 rəsmi matçın heç birində məğlub olmayıb. 50 yaşlı çalışdırıcı bu oyunlardan 13-də qələbə qazanıb, 4-də isə meydanı bərabərliklə tər edib.
Təcrübəli mütəxəssis indiyə kimi 21 futbolçuya matçlarda forma geyməyə şans verib ki, bunlardan da qapıçı Viktor Valdes Martinonun bütün qarşılaşmalarda güvəndiyi yeganə oyunçudu.





