Dünya futbolu
Almanlar da Mahirdən danışır: “Dirəklər arasında qapıçı yoxdursa…”
Almaniyanın “watson.ch” saytı həftəsonu dünya futbolunda yaşanan maraqlı hadisələrdən yazıb.
Futbolinfo.az xəbər verir ki, sayt Polşanın “Legiya” klubunda çıxış edən Mahir Emrelinin “Pyast”la matçda (1:4) uğursuzluğundan da yazıb.
Emreli sözügedən oyunda üç dəfə topu dirəyə vurub. Sayt azərbaycanlı hücumçunun uğursuzluğuyla bağlı bunları qeyd edib:
“O, sadəcə bunu etməlidir” demək, bəzən etməkdən daha asandır. Sadəcə bu halda yəqin ki, razılaşarıq. Rəqibin meydançasında bir yox, iki dəfə tək qaldıqda dirəklər arasında dayanan qapıçı yoxdursa, o zaman topu qapıdan keçirmədiyinə görə qınaqlara dözməlisən. Bunu “Legiya”nın futbolçusu Mahir Emreli bacardı”.
Qeyd edək ki, “Pyast”la matçdan sonra “Legiya”nın azarkeşləri arasında da Emrelini tənqid atəşinə tutanların sayı kifayət qədərdir. Son dörd çempionat matçında məğlubiyyətə üzülən Polşa çempionunda bu uğursuzluqlara görə baş məşqçi Çeslav Mixneviçin istefaya göndərilməsi gözlənilir.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”