Dünya futbolu
Ançelotti doktor oldu
“Real”ın baş məşqçisi Karlo Ançelotti milli komandaların oyunları ilə əlaqədar vətəninə gəlib. İtaliyalı mütəxəssis burada mükafatlandırma mərasimində iştirak edib.
Futbolinfo.az xəbər verir ki, Ançelotti Parma Universitetinin fəxri doktoru seçilib. Çoxsaylı titulları ilə məşhur olan çalışdırıcı idmandakı xidmətlərinə görə bu şərəfə layiq bilinib.
Parma Universitetinin rəhbəri Paolo Andrei mükafatlandırma mərasimində deyib: 2024-də Ançelottini inanılmaz macəra gözləyir. Bir çox məşqçi üçün xəyal olan missiya məhz ona tapşırılır. Son 60 ildə Braziliya millisini çalışdıran ilk əcnəbi ünvanı məhz Karloya qismət olacaq”.
Xatırladaq ki, Ançelotti 1996-98-ci illərdə “Parma”nı çalışdırıb.
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”
- Ölkə futbolu2024-04-26 15:09
“Qarabağ” Emeqaranı təəccübləndirib: “Bayer”in bəxti gətirdi”
- Ölkə futbolu2024-04-26 11:24
AFFA “Neftçi”nin istəyini rədd etdi