Dünya futbolu
“Barselona” antirekordunu təkrarladı
İspaniyanın “Barselona” klubu 53 illik antirekordunu təkrarlayıb.
Futbolinfo.az xəbər verir ki, kataloniyalılar La Liqanın 2023/2024 mövsümünün ilk turunda “Xetafe” ilə qolsuz bərabərə qalmaqla bunu reallaşdırıblar.
“Barsa” ardıcıl 4-cü mövsümdə “Xetafe” ilə səfər matçında fərqlənə bilməyib. “Alfonso Peres Kolizey”də baş tutan əvvəlki iki dueldə də 0:0 hesabı qeydə alınıb. 2020/2021 mövsümündə isə “Xetafe” qələbə qazanıb – 1:0.
“Barselona” sonuncu dəfə 1970-ci ildə eyni komandaya qarşı ardıcıl 4 səfər görüşündə fərqlənə bilməyib. Həmin vaxt “Salamanka” bu uğura nail olub.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”