Dünya futbolu
Baş məşqçiyə 450 ölüm təhdidi
“Bayern”nin baş məşqçisi Yulian Naqelsmann Çempionlar Liqasının 1/4 finalında “Vilyarreal”a iki oyununun nəticəsinə (0:1, 1:1) görə uduzaraq mübarizəni dayandırdıqdan sonra 450 ölüm təhdidi alıb.
Futbolinfo.az Almaniya mətbuatına istinadən xəbər verir ki, alman mütəxəssis sosial media hesabında ölüm təhdidləri aldığını yazıb:
“Tənqidlərlə bağlı problemim yoxdur, lakin təkcə “instaqram” hesabımda 450 ölüm təhdidi yazıblar. Bunu qələbə qazansaq da, uduzsaq da, demək olar ki, hər oyundan sonra yaşayıram və oxumadan silirəm. Çoxları məni öldürmək istəyir, lakin bu məsələlərə aiddiyatı olmayan anamı da öldürmək istəyirlər. Niyə belə olduğunu başa düşmürəm. Baş verənlərə baxmayaraq, Münhen təmsilçisində baş məşqçi vəzifəmi davam etdirəcəyəm”.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 10:00
Samir Abasov Xaviylə görüşə gedib