Dünya futbolu
“Borussiya” Sançonu geri qaytarmayacaq
“Borussiya” Ceydon Sançonu geri qaytarmaq niyyətində deyil. Dortmundlular sabiq futbolçusunu yenidən heyətinə qatacağı barədə xəbərləri təkzib edib.
Futbolinfo.az xəbər verir ki, cinah hücumçusunun yayda “Mançester Yunayted”dən ayrılacağı deyilir. Baş məşqçi Erik ten Haq onun çıxışından razı deyil və daha yaxşı transferlər istəyir. Ceydonun digər İngiltərə klublarından təklifi olsa da, Almaniyaya yollanmaq istədiyi söylənilir. Təsadüfi deyil, “Borussiya”nın idman direktoru Sebastyan Kel Sanço ilə daimi təmasda olduğu gizlətməyib. Lakin “Bild”in yazdığına görə, bu, transfer üçün əsas deyil. Dortmundlular daha ucuz başa gələn futbolçuları transfer edib, sonradan satmaq strategiyası seçib.
23 yaşlı Yamayka əsilli futbolçu iki il öncə 85 milyon avroya satılmışdı. Almanlar həmin qazancı yeni gənclərin transferinə xərcləyib. İndi qiyməti 55 milyon avro ilə ölçülən oyunçunu yalnız Premyer Liqa klubları transfer etmək gücündədir. Mançesterlilər də 3 illik müqaviləsi qalan Sançonu satmaq istəyir ki, çox zərər etməsin.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”