Dünya futbolu
“Çelsi”nin yetirməsi yenidən Premyer Liqada
İngiltərənin “Fulhem” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Torino”dan Ola Eynanı transfer edib. Bu barədə “Fulhem”in mətbuat xidməti məlumat yayıb.
23 yaşlı yarımmüdafiəçi 2020/21 mövsümünü icarə əsasında “Fulhem”də keçirəcək. İngiltərə klubu mövsümün sonunda nigeriyalı futbolçunun transfer hüquqlarına sahib ola bilər.
“Çelsi”nin yetirməsi olan Eyna, 2018-ci ilin yayından “Torino”da çıxış edir.
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Ölkə futbolu2024-05-08 16:22
PFL-lə “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı
- Ölkə futbolu2024-05-09 13:53
“Azərbaycanda həm yaxşı pul qazandım, həm də hörmət”
- Ölkə futbolu2024-05-08 15:17
AFFA klublara təhlükəsizlik mövzusunda seminar keçib