Dünya futbolu
ÇL-də yeni mövsümün ilk püşkü atıldı
Futbol üzrə UEFA Çempionlar Liqasında 2020/2021 mövsümünün ilkin mərhələsinin püşkü atılıb.
Futbolinfo.az xəbər verir ki, püşkatmada UEFA reytinqində ən aşağı pillələrdə olan 4 ölkənin – Şimali İrlandiya, Kosovo, Andorra və San Marinonun çempionları iştirak edib.
San Marino çempionu – Şimali İrlandiya çempionu
Kosovo çempionu – Andorra çempionu
Avrokuboklar üçün klubların yekun siyahısı avqustun 3-də təsdiqlənəcək. Bu səbəbdən, püşkatmada ölkələrin adları yer alıb.
Qeyd edək ki, ilkin mərhələnin yarımfinal matçları avqustun 8-də, final isə 3 gün sonra neytral meydanda olacaq. Turnirin qalibi 18-19 avqustda keçiriləcək Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinə vəsiqə qazanacaq.
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”
- Ölkə futbolu2024-04-26 15:09
“Qarabağ” Emeqaranı təəccübləndirib: “Bayer”in bəxti gətirdi”
- Digər idman növləri2024-04-26 17:22
Olimpiadanın püşkünün atılacağı gün məlum oldu
- Digər idman növləri2024-04-26 16:00
Finalın nominal meydan sahibi və başlama saatı bəlli oldu