Ölkə futbolu
Emin Mahmudov: “Vətənə xidmət etməyə hazıram”
“Rayonlarımızın azad edilməsini 30 ildir gözləyirik. Bəzi ərazilərimizin azad olunduğunu eşidib çox sevindik”.
Futbolinfo.az xəbər verir ki, bu fikirləri “Report”a açıqlamasında “Neftçi”nin kapitanı Emin Mahmudov cəbhə xəttində baş verən hadisələrə münasibət bildirərkən deyib.
28 yaşlı yarımmüdafiəçi bildirib ki, işğal olunmuş rayonların hamısının geri qaytarılmasını arzulayır: “Buna görə dua edirik. Allah əsgərlərimizə kömək olsun! İnşallah, Qarabağ və 7 rayonumuz tezliklə azad edilsin”!
Təcrübəli oyunçu bu yolda Vətənə xidmət etməyə hazır olduğunu vurğulayıb: “Dualarımız əsgərlərimizlədir. Övladları şəhid olmuş ata-analar üçün də dua edirik. Allah şəhidlərimizə rəhmət etsin! Bütün qəlbimizlə əsgərlərimizin yanındayıq. Torpaqlarımız azad olunması xəbərini gözləyirik”.
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”