Dünya futbolu
Güləşçilərimizdən Antalyada daha 4 medal
Türkiyənin Antalya şəhərində gənclər (U-20) arasında “Çempionlar” turniri davam edir.
Futbolinfo.az xəbər verir ki, ənənəvi yarışın 2-ci günündə güləşçilərimiz 4 medal qazanıblar.
Qadın güləşində Gültəkin Şirinova (53 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Onunla eyni çəkidə yer alan Əsmər Cankurtaran isə bürünc medal əldə edib.
Sərbəst güləşdə Ceyhun Allahverdiyev (61 kq) çempion olub. Təbriz Bayramov (86 kq) isə üçüncü yeri tutub.
Qeyd edək ki, turnirə mayın 2-də yekun vurulacaq.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”