Ölkə futbolu
Həsənzadə Ramazanovu da “Səbail”ə gətirdi
“Səbail”də məşqçilər korpusu müəyyənləşib. Yeni baş məşqçi Mahmud Qurbanov köməkçilərini seçib.
Futbolinfo.az xəbər verir ki, Aftandil Hacıyevlə birgə çalışan məşqçilər də klubu tərk edib. Mahmub bəy onlarla işləmək istəməyib və özü ilə yeni köməkçilər gətirib. Əldə etdiyimiz bilgiyə görə, Qurbanov Tofiq Mustafayev və Zaur Ramazanovla birlikdə çalışmağı lazım bilib.
Klubda əsas söz sahibi isə Cahangir Həsənzadədədi. AFFA-d çalışmaqla yanaşı, “Səbail”in Müşahidə Şurasında təmsil olunan sabiq qapıçı, həm məşqçi dəyişikliyində, həm də rəhbərliyin seçdiyi yeni strategiyada əsas söz sahibidi. Hər nə qədər ön planda olmasa da, paytaxt klubu ətrafına baş verən proseslərə görə məhz o baş roldadı.
Qurbanov kimi Ramazanovun da “Səbail”ə gəlişi onun arzusudu. Veteran futbolçuları ətrafında toplamağa çalışan Cahangir bəy onları işlə təmin etməkdədi.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”