Dünya futbolu
Konfrans Liqasında həftənin ən yaxşı futbolçusu
Futbol üzrə Avropa Konfrans Liqasında qrup mərhələsinin 3-cü turunun oyunlarından sonra həftənin ən yaxşı oyunçusu müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, bu ada Norveçin “Bodo Qlimt” komandasının hücumçusu Erik Botheym layiq görülüb.
21 yaşlı forvard doğma meydanda İtaliyanın “Roma” komandasına 6:1 hesabı ilə qalib gəldikləri matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu adına “Anortosis”dən (Kipr) Rauno Sappinen, “Makkabi”dən (Təl-Əviv, İsraill) Qabi Kaniçovski və “Feyenoord”dan (Niderland) Brayan Linssen də namizəd idi.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”