Premyer-liqa
“Layiqli 1 xal qazandıq” – Elmar Baxşıyev
“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, Baxşıyev, 0:0 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
- Belə çətin oyun gözləyirdik. “Sumqayıt”la oyunlarımız dinamik keçir. Komandanı çətin oyuna hazırlayırdıq. Matçın daha ağır olacağını bilirdik. Komandada eyforiya yox idi. İstədiyimizi meydançada yerinə yetirməyə çalışdıq. Layiqli 1 xal qazandıq.
- Qapıçıdan narazı olduğunuz hiss olunurdu…
- Kənardan belə görünə bilər. Futbol emosiyalar oyunudur. Hər şey qaydasında idi.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”