Dünya futbolu
Mahir Emreli İspaniyaya getdi
Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunda forma geyinən azərbaycanlı hücumçu Mahir Emreli “Sevilya”ya qarşı Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu üçün komanda ilə birlikdə İspaniyaya yollanıb.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçunun “Sevilya” ilə matçda meydana çıxıb-çıxmayacağına baş məşqçi Jelko Kopiç qərar verəcək.
Emreli “Dinamo”da komanda ilə məşqlərə ötən gün qatılıb. Azərbaycan millisinin üzvü Zaqreb klubuna transfer olduqdan sonra Xorvatiya çempionatındakı iki oyunu buraxıb.
Fevralın 17-də keçiriləcək “Sevilya” – “Dinamo” oyununa Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”
- Ölkə futbolu2024-04-26 15:09
“Qarabağ” Emeqaranı təəccübləndirib: “Bayer”in bəxti gətirdi”
- Ölkə futbolu2024-04-26 11:24
AFFA “Neftçi”nin istəyini rədd etdi
- Digər idman növləri2024-04-26 16:00
Finalın nominal meydan sahibi və başlama saatı bəlli oldu