Ölkə futbolu
Mahir Emreli “Legiya”dan ayrılmağa qərar verdi
Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Polşanın “Legiya” klubundan ayrılmağa qərar verib.
Futbolinfo.az xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb.
24 yaşlı hücumçunun belə bir qərar qəbul etməsinə Polşa çempionatının 18-ci turunda Plotsk “Visla”sına 0:1 hesablı məğlubiyyətdən sonra baş verənlər səbəb göstərilir.
Belə ki, həmin matçdan sonra bir qrup azarkeş Varşava klubunun avtobosunun qarşısını kəsib, futbolçulara hücum edib. Nəticədə iki legionerin xəsarət alıb ki, onlardan biri Mahir, digərinin Lukinyasdır. Azərbaycanlı hücumçu tibbi müayinədən keçmək üçün xəstəxanaya da yollanıb.
Mahir baş verənlərlə əlaqədar klubla müqaviləsini ləğv etmə variantının nə qədər olduğunu öyrənmək üçün vəkillərlə əlaqə saxlayıb. Onun hətta qış fasiləsində komandasını dəyişməsi real qiymətləndirilir.
Emrelinin növbəti turda “Zaqlembe” ilə matçda iştirakı gözlənilmir.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”