Dünya futbolu
“Mançester Siti”nin “Real”la oyunu təhlükədə
Futbol üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində “Mançester Siti” ilə “Real” arasında İngiltərədə – “Etihad” stadionunda keçirilməli olan cavab matçı neytral meydanda oynanıla bilər.
Futbolinfo.az xəbər verir ki, buna səbəb, son günlərdə İspaniyada koronavirusa yoluxanlarının sayının artmasıdır. Bu barədə AS nəşri məlumat yayıb. Xəbərdə, qarşılaşmanın Portuqaliyada oynanıla biləcəyi bildirilir.
İngiltərə hökuməti İspaniyadan gələnlər üçün məcburi iki həftəlik karantin tətbiq edir. Məhdudiyyətlərlə bağlı qərar dünən – iyulun 25-də qəbul olunub.
“Mançester Siti” – “Real” matçı avqustun 7-də, “Etihad” stadionunda keçirilməlidir. Komandalar arasında İspaniyada baş tutan görüşdə MS 2:1 hesablı qələbə qazanıb.
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”