Dünya futbolu
Milli üzvü Super Liqa klubundan ayrıldı
Türkiyənin “Dənizlispor” klubu nigeriyalı yarımmüdafiəçisi Oqenyi Onazi ilə yollarını ayırıb.
Futbolinfo.az xəbər verir ki, bu ilin yanvar ayından Super Liqa təmsilçisinin uğurları üçün çalışan 27 yaşlı futbolçu son turun “Ankaragücü” ilə matçını gözləmədən komandadan ayrılıb.
Türkiyə mətbuatının yazdığına görə, zədəsi də olan futbolçunun adı bu görüşün iştirak ərizəsinə daxil edilməyib. Nigeriyalı yarımmüdafiəçi klubun ona borclu olmasını da əsas gətirərək müqaviləyə vaxtından əvvəl xitam verib.
Nigeriya yığmasının sabiq üzvü “Dənizlispor”dan öncə Türkiyədə “Trabzonspor”un da uğurları üçün çalışıb. Nigeriya millisində 50-dən çox oyun keçirmiş Onazi, vaxtilə İtaliya “Latsio”sunda da çıxış edib.
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”