Ölkə futbolu
“Qarabağ” apellyasiya şikayəti verəcək
“Qarabağ” Uroş Matiçin formasındakı yanlışlıqla bağlı AFFA İntizam Komitəsinin çıxardığı qərarla razı deyil.
Futbolinfo.az xəbər verir ki, Ağdam klubu bununla bağlı apellyasiya şikayəti verməyə hazırlaşır.
Əldə etdiyimiz məlumata görə, klubun bu məsələ ilə bağlı şikayət məktubu artıq hazırdır. Onun ən yaxın zamanda Apellyasiya Arbitraj Tribunalına göndərilməsi gözlənilir.
Xatırladaq ki, AFFA İntizam Komitəsinin ötən gün baş tutan iclasında 19.02.2021-ci ildə keçirilmiş Premyer Liqanın 16-cı turunun “Sumqayıt” – “Qarabağ” oyununda Ağdam klubunun 8 nömrəli futbolçusu Uroş Matiçin futbol formasında standartlar pozulduğu üçün klub 3000 manat cərimə olunub.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub