Ölkə futbolu
“Rapid” – “Neftçi” matçının hakimləri açıqlandı
Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Rapid” (Vyana, Avstriya) – “Neftçi” oyununun hakimləri açıqlanıb.
Futbolinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, avqustun 11-də baş tutacaq cavab matçını norveçli ədalət təmsilçiləri idarə edəcək.
Qarşılaşmanın baş hakimi Rohit Saggi olacaq. Ona Geir İsaksen və Morten Yensen kömək edəcək. Dördüncü hakim funksiyasını Sivert Oksnes Amland yerinə yetirəcək.
“Veststadion”da keçiriləcək “Rapid” – “Neftçi” matçına Bakı vaxtı ilə saat 22:30-da start veriləcək.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”