Ölkə futbolu
“Səbail” Aftandil Hacıyevlə bağlı qərarını açıqladı
“Səbail” növbəti mövsüm üçün baş məşqçi seçimini edib.
Futbolinfo.az xəbər verir ki, “dənizçilər”i növbəti mövsümdə də Aftandil Hacıyev çalışdıracaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Paytaxt klubu 39 yaşlı mütəxəssislə müqavilənin müddətini növbəti mövsümün sonuna qədər uzadıb.
Xatıradaq ki, Hacıyev son 2 mövsümdə baş məşqçisi olduğu “Səbail”in tarixinə düşüb. Belə ki, komanda yeganə mükafatını – Premyer Liqamızın bürünc medalını və avrokuboklara vəsiqəni 2018/19 mövsümündə onun rəhbərliyi altında qazanıb. “Səbail” koronavirus pandemiyası ilə əlaqədar başa çatdırılmayan son mövsümdə 7-ci olub.
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”