Premyer-liqa
Sənan Qurbanov: “Lənət üstümüzdən getmək istəmir”
“Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri səfər oyununu şərh edib.
Futbolinfo.az xəbər verir ki, o, 2:2 hesabıyla başa çatan oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Deyiləsi bir söz yoxdur. Lənət üstümüzdən getmək istəmir. Fasilədən sonra rəqibin təzyiqi artıracağını bilirdik. Bərabərlikdən sonra toparlana bildik, yenə qol vurduq. Təəssüf ki, qələbə hesabını qoruya bilmədik. Qarşıda fasilə var, çalışacağıq çatışmazlıqları aradan qaldıraq”.
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Ölkə futbolu2024-05-08 16:22
PFL-lə “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı
- Dünya futbolu2024-05-08 12:02
“Sabah kimsə necə qalib gəldiyimizi xatırlamayacaq”
- Ölkə futbolu2024-05-09 13:53
“Azərbaycanda həm yaxşı pul qazandım, həm də hörmət”