Dünya futbolu
Saka: “Bu qədər təzyiq altında qalib gəlmək heyrətamizdir”
İran millisi ilə mundialın ilk oyununda dubl edən Bukayo Saka məmnundu. İngiltərə millisinin cinah oyunçusu yarışa belə start verəcəklərini gözləmirmiş: “Hisslərimi təsvir edə bilmirəm. Hər şey heyrətamizdir. Çox xoşbəxtəm və qalib gəldiyimiz üçün fəxr edirəm”.
Hücumçu İrana 6:2 hesabı ilə qalib gəldikləri oyunun ən yaxşısı seçildi. Amma o, fərdi uğurlardan çox, komandanın qələbəsini düşünür: “Turnirə yaxşı başlamaq vacib idi. Turnirdən əvvəl yaxşı oynamırdıq, çox tənqid olunurduq. Amma nə qədər yaxşı olduğumuzu hamıya göstərdik. Bu qədər təzyiq altında qalib gəlmək heyrətamizdir. Ancaq eyni ruhda davam etməliyik. Bir neçə gündən sonra növbəti oyunumuz var və yenə qalib gəlməliyik”.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”