Dünya futbolu
Super Liqa matçında üzücü olay
Futbol üzrə Türkiyə Super Liqasının 23-cü turu çərçivəsində keçirilmiş “Kasımpaşa” – “Dənizlispor” matçında üzücü hadisə qeydə alınıb.
Futbolinfo.az xəbər verir ki, oyunu tribunadan izləyən “Kasımpaşa”nın sabiq idman direktoru Nursal Bilgin infarkt keçirib.
Matçın ikinci hissəsinə təsadüf edən bu hadisə zamanı Nursal Bilginə ilk tibbi yardım göstərilib. Ardından o, meydana çıxan təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Buna görə qarşılaşmanın baş hakimi Atili Karaoğlan oyunu da dayandırmalı olub. Yalnız təcili yardım maşını arenanı tərk edəndən sonra oyun davam etdirilib.
“NTV Spor”un yazdığına görə, Bilginə xəstəxanada edilən bütün müdaxilələrə rəğmən, onun həyatını xilas etmək mümkün olmayıb.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”